...

Bakıda "Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Siyasət Materials 5 Aprel 2012 12:24 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində cümə axşamı "Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.
Bakıda "Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində cümə axşamı "Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, "dəyirmi masa"da vətəndaş cəmiyyətinin inkişafı məsələləri ətrafında azərbaycanlı ekspertlər və Bakıda səfərdə olan ABŞ senatorlarının və konqresmenlərinin köməkçilərindən ibarət olan nümayəndələr müzakirə aparıblar.

Müzakirələr zamanı vətəndaş cəmiyyətinin inkişafına təkan verən amillər, bu istiqamətdə Qeyri Hökumət Təşkilatlarının qarşısında duran vəzifələr və bu qəbildən olan digər məsələlər müzakirə olunub.

ABŞ senatorlarının və konqresmenlərinin 10 nəfər köməkçisindən ibarət nümayəndə heyətinin Bakıya səfərinin məqsədi Azərbaycandakı vətəndaş cəmiyyətinin mövcud vəziyyəti ilə tanış olmaqdır. Səfər çərçivəsində amerikalı ekspertlər ölkənin regionları ilə də tanış olublar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı fikir mübadiləsi aparıblar, işğal olunmuş torpaqlardan qaçqın və köçkün düşmüş şəxslərlə görüşüblər.

Xəbər lenti

Xəbər lenti