...

Ermənistanda seçkilərin monitorinqi üçün müstəqil orqan yaradılacaq

Siyasət Materials 7 Aprel 2012 11:18 (UTC +04:00)
Mayın 6-da keçiriləcək parlament seçkilərinin monitorinqi üçün Milli Yığıncağın rəhbəri Samvel Nikoyanın təşəbbüsü ilə müstəqil məsləhətçi orqan yaradılacaq.
Ermənistanda seçkilərin monitorinqi üçün müstəqil orqan yaradılacaq

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Mayın 6-da keçiriləcək parlament seçkilərinin monitorinqi üçün Milli Yığıncağın rəhbəri Samvel Nikoyanın təşəbbüsü ilə müstəqil məsləhətçi orqan yaradılacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü Ermənistan parlamentinin mətbuat xidmətindən "Novosti-Armeniya" agentliyinə bildiriblər.

Məsləhətçi orqanın yaradılması ilə bağlı məsələnin müzakirə edildiyi iclasda xüsusən "İrs", "Çiçəklənən Ermənistan", "Orinas Yerkir" ("Qanunilik ölkəsi"), "Birləşmiş ermənilər", Ermənistan Demokratik Partiyası, Ermənistan Kommunist Partiyası, Ermənistan Respublika Partiyası, Ermənistan İnqilabi Federasiyası "Daşnaksütyun", habelə ABŞ səfirliyi, Aİ, ATƏT, Avropa Şurası, USAID nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, yaradılan orqanın əsas məqsədi Seçki Məcəlləsinin şərtlərinin praktikada tətbiqi üzrə monitorinqin keçirilməsi və qanun pozuntularına görə operativ reaksiya göstərilməsidir.

Konsensus nəticəsində qərara alınıb ki, məsləhətçi orqana seçkilərdə iştirak edən hər bir siyasi qüvvədən 1 nümayəndə, habelə, müşahidəçi missiyasını həyata keçirən üç ictimai təşkilatın hər birindən 1 təmsilçi daxil olacaq.

Beynəlxalq təşkilatların nümayəndələri müstəqil məsləhətçi orqanın işində müşahidəçi qismində iştirak edəcək. Strukturun iclaslarında rəhbərlik əlifba sırasıyla növbə ilə həyata keçiriləcək.

Qeyd edək ki, mayın 6-da Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək.

Seçkiqabağı kampaniya rəsmən aprelin 8-də başlayır və mayın 4-də başa çatır.

Ermənistan Mərkəzi Seçki Komissiyası aprelin 1-də səkkiz partiya və bir partiya blokunun seçki siyahısını qeydiyyata alıb.
Üç koalisiya partiyasından - Ermənistan Respublika Partiyası, "Çiçəklənən Ermənistan" və "Orinas Yerkir"dən ("Qanunilik ölkəsi") başqa, deputat mandatları uğrunda Ermənistan İnqilabi Federasiyası "Daşnaksütyun", "İrs" ("Azad demokratlar" partiyası ilə birləşdirilmiş siyahı), Ermənistan Milli Konqresi (partiya bloku), Ermənistan Demokratik Partiyası, Ermənistan Kommunist Partiyası və "Birləşmiş ermənilər" partiyası da mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti