...

Rusiya Federasiya Şurasının sədrinə BDU-nun "Fəxri doktoru" diplomu verilib (FOTO)

Siyasət Materials 9 Aprel 2012 15:33 (UTC +04:00)
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkoya Bakı Dövlət Universitetinin (BDU) "Fəxri foktoru" diplomu verilib.
Rusiya Federasiya Şurasının sədrinə BDU-nun "Fəxri doktoru" diplomu verilib (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkoya Bakı Dövlət Universitetinin (BDU) "Fəxri foktoru" diplomu verilib.

Trend-in məlumatına görə, diplomun təqdim edilməsi mərasimində çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov Matvienkonun peşəkar karyerasından danışaraq bildirib ki, bu günlərdə Valentina İvanovna ad gününü qeyd edib.

Məhərrəmov ali qonağa BDU-nun tarixi haqqında məlumat verib. Onun sözlərinə görə, bütün fakültələrdə rus dili tədris olunur. Rektor qeyd edib ki, Azərbaycanın ali məktəblərində rus dili və onun tədrisi Azərbaycan ziyalılarının həyatında müstəsna rol oynayır.

Xanım Matvienko Bakıda rəsmi səfərdədir.

"Bu gün Rusiya və Azərbaycan bərabərtərəfli tərəfdaşlığın nümunəsidir. Biz aprelin 4-də diplomatik münasibətlərin 20 illiyini qeyd etdik. İkitərəfli münasibətlərin inkişafı bütün sahələrdə baş verir", - Matvienko mərasimdə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında 2015-ci ilədək dövrü əhatə edəcək humanitar əməkdaşlıq proqramının imzalanmasına hazırlıq gedir.

"Biz ancaq ümumi səylərimizlə dünyada güclü ola bilərik", - Federasiya Şurasının sədri vurğulayıb.

Matvienkonun sözlərinə görə, bu gün Rusiyada 6 min azərbaycanlı təhsil alır, Azərbaycanda 15 min nəfər ali məktəblərin rus sektorunda oxuyur.

Xəbər lenti

Xəbər lenti