...

Qoşunlar cümə axşamınadək şəhərləri tərk etsə, Suriya müxalifəti atəşi dayandırmağa hazırdır

Siyasət Materials 10 Aprel 2012 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Əgər hökumət qoşunları cümə axşamınadək şəhərləri tərk etsə, silahlanmış Suriya müxalifəti atəşi dayandırmağa hazırdır. Əks təqdirdə müxalifət mübarizəni davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Royter" agentliyi müxalifət nümayəndəsinin bəyanatına istinadən məlumat verir.

Moskvada səfərdə olan Suriyanın xarici işlər naziri Vəlid Muallim bir müddət əvvəl Rusiyaya şəhərlərdə ordu və ağır texnikanın istifadə edilməsinə aid planın maddələrinin Suriya rəhbərliyi tərəfindən yerinə yetirilməsinin başlanması haqqında məlumat təqdim edib.

Xəbər lenti

Xəbər lenti