...

Türkdilli ölkələr üçün vahid dərslik yaradılır

Siyasət Materials 12 Aprel 2012 10:40 (UTC +04:00)
Avqust ayında Bişkəkdə keçiriləcək Türkdilli Ölkələrin İşgüzar Şurasının sammitində mədəniyyət və təhsil sahəsində mühüm sazişin bağlanması planlaşdırılır.
Türkdilli ölkələr üçün vahid dərslik yaradılır

Azərbaycan, Bakı, 12 aprel / Trend, müxbir A.Tağıyeva/

Avqust ayında Bişkəkdə keçiriləcək Türkdilli Ölkələrin İşgüzar Şurasının sammitində mədəniyyət və təhsil sahəsində mühüm sazişin bağlanması planlaşdırılır. Bu barədə jurnalistlərə Şuranın baş katibi Xəlil Akıncı məlumat verib. Trend-in məlumatına görə, xəbəri "Zaman" qəzeti yazıb.

Akıncının sözlərinə görə, Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan 2009-cu ildə Naxçıvanda Türkdilli Ölkələrin İşgüzar Şurasının yaradılmasına dair saziş imzalayıblar. Şura ümumilikdə 103 milyon nəfər əhalisi və 1,287 trilyon həcmində iqtisadiyyata malik ölkələri birləşdirir.

"Biz vahid əlifbanın yaradılması və Şura iştirakçısı olan ölkələrin dillərinin yaxınlaşması üzrə iş aparmaq niyyətindəyik. Bunların üzərində mütəxəssislər çalışır", - o deyib.

Akıncı onu da qeyd edib ki, tarix və başqa elmlər üzrə bu ölkələr üçün birgə dərsliklərin yaradılması istiqamətində də iş görülür.

Xəbər lenti

Xəbər lenti