...

Rəsmi Bakı vətəndaşlara Gürcüstanın nəzarətsiz ərazilərinə səfər etməməklə bağlı xəbərdarlıq edib

Siyasət Materials 13 Aprel 2012 13:27 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Gürcüstanın mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə səfərlərlə bağlı xəbərdarlıq edib.
Rəsmi Bakı vətəndaşlara Gürcüstanın nəzarətsiz ərazilərinə səfər etməməklə bağlı xəbərdarlıq edib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Gürcüstanın mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə səfərlərlə bağlı xəbərdarlıq edib.

XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, Azərbaycan XİN ölkə vətəndaşlarını Gürcüstanın hökumət tərəfindən nəzarət edilməyən ərazilərinə bu ölkənin müvafiq dövlət orqanlarının icazəsi olmadan səfər etməkdən çəkinməyə çağırır.

Gürcüstan qanunvericiliyinə əsasən, belə səfərlər qeyri-qanuni hesab edilir və səfər etmiş şəxslər müvafiq olaraq cəzalandırılır.

Bunları nəzərə alaraq, Gürcüstana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məqamı nəzərə alsınlar.

Xəbər lenti

Xəbər lenti