...

Azərbaycanın seçdiyi yolun nəticəsi Aİ-yə üzvlük olmalıdır - Litvanın sabiq prezidenti

Siyasət Materials 16 Aprel 2012 14:16 (UTC +04:00)
Azərbaycanın seçdiyi yolun son nöqtəsi Avropa İttifaqında (Aİ) üzvlüyü olmalıdır.
Azərbaycanın seçdiyi yolun nəticəsi Aİ-yə üzvlük olmalıdır - Litvanın sabiq prezidenti

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın seçdiyi yolun son nöqtəsi Avropa İttifaqında (Aİ) üzvlüyü olmalıdır. Trend-in məlumatına görə, Litvanın sabiq prezidenti, Avropa Parlamentinin üzvü Vitautas Landsbergis belə hesab edir.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin Litvanın Aİ-də təcrübəsi haqqında suallarını cavablandıran Landsbergis qeyd edib ki, bu prosesdə inadkarlıq və təmkin lazımdır.

"Aİ-nin bəzi üzvləri onun genişləndirilməsinə qarşı çıxır, xüsusən Türkiyə, Ukrayna və Rusiyanın təşkilata üzv olmasından çəkinirlər. Azərbaycanın Aİ-yə üzv olması isə ideya baxımından narahatçılıq yaratmamalıdır", - Landsbergis deyib.

Bazar ertəsi Vitatutas Landsbergis Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Fəxri doktor" rütbəsi ilə təltif edilib. Bu barədə qərarı Akademiyanın Alimlər Şurası qəbul edib.

Xəbər lenti

Xəbər lenti