...

Venesiya Komissiyası Azərbaycanda "QHT-lər haqqında" qanunla bağlı rəyini təqdim edib

Siyasət Materials 19 Aprel 2012 11:41 (UTC +04:00)
Bu gün Beynəlxalq QHT-lər Konfransının QHT qanunvericiliyi üzrə Ekspert Şurasının və Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycan Respublikasının "QHT-lər haqqında" qanunvericiliyinə 2009-cu ildə edilən dəyişiklik layihəsi ilə bağlı rəyi təqdim edilib.
Venesiya Komissiyası Azərbaycanda "QHT-lər haqqında" qanunla bağlı rəyini təqdim edib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Beynəlxalq QHT-lər Konfransının QHT qanunvericiliyi üzrə Ekspert Şurasının və Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycan Respublikasının "QHT-lər haqqında" qanunvericiliyinə 2009-cu ildə edilən dəyişiklik layihəsi ilə bağlı rəyi təqdim edilib.

"Venesiya Komissiyası hesab edir ki, son illər ərzində QHT-lərin hüquqi statusunun bəzi aspektləri təkmilləşmiş olsa da, 2009-cu ildə aidiyyəti qanuna edilən dəyişikliklər və 2011-ci il fərmanı beynəlxalq standartların tələblərinə yönəlmiş ilkin səylərlə müəyyən uyğunsuzluq təşkil edir, - Trend-in məlumatına görə, rəydə qeyd olunur.

Rəydə vurğulanır ki, bir çox ölkələrdə QHT-lərin qeydiyyatı formal prosedur sayılsa da, Azərbaycanda müzakirə olunan qanun layihəsinə 2009-cu ildə edilmiş dəyişikliklər və 2011-ci ildə hazırlanan qanun layihəsi onsuz da mürəkkəb və uzun vaxt aparan qeydiyyat prosesini daha da mürəkkəbləşdirir.

Venesiya Komissiyası Azərbaycandan öz ərazisi daxilində bütün fərdləri təmin etmək üçün mülki və siyasi hüquqların həyata keçirilməsində addımlar atmağı tələb edib.

Rəydə Venesiya Komissiyası insan hüquqları ilə bağlı Azərbaycan hökuməti orqanlarına kömək etməyə hazır olduğunu bir daha xatırladıb.

Qeyd olunan rəy Venesiya Komissiyasının 88-ci plenar sessiyası çərçivəsində çıxarılıb.

Xəbər lenti

Xəbər lenti