...

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına yeni üzvlər təyin edilib

Siyasət Materials 23 Aprel 2012 19:18 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına yeni üzvlər təyin edilib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Prezident İlham Əliyev Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından

Süleymanov Tahir Veys oğlu

-

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini

Məmmədov İlqar Kamil oğlu

-

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Məcidli Vüqar Sabir oğlu

-

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini

qeyri-hökumət təşkilatlarından

Quliyev Azay Əjdər oğlu

-

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi

Məmmədov Sahib Məlik oğlu

-

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Mirzəzadə Rəna Rza qızı

-

Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri

Qədirov Vüqar Kərim oğlu

-

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri

Vəliyeva Dilarə Hətəm qızı

-

"Mülk" İctimai Assosiasiyasının prezidenti

İsmayılov Şahin Əmir oğlu

-

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Hüseynova Gülnarə Alxas qızı

-

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti

Nuriyev Əliməmməd Mali oğlu

-

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti

Xəbər lenti

Xəbər lenti