...

Azərbaycan Prezidentinin ehtiyat fondundan AMEA-nın Tarix İnstitutuna maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 26 Aprel 2012 18:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidentinin ehtiyat fondundan AMEA-nın Tarix İnstitutuna maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2013-2015-ci illərdə Azərbaycan tarixinə dair tədqiqatların daha da genişləndirilməsi və səmərəliliyinin artırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə ayrılmış vəsaitin Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etmək, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti