...

Azərbaycan səfiri CAR-ın xarici siyasətinə həsr edilmiş hesabat tədbirində iştirak edib

Siyasət Materials 26 Aprel 2012 19:19 (UTC +04:00)
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov CAR-ın xarici siyasətinə həsr edilmiş hesabat tədbirində iştirak edib.
Azərbaycan səfiri CAR-ın xarici siyasətinə həsr edilmiş hesabat tədbirində iştirak edib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov CAR-ın xarici siyasətinə həsr edilmiş hesabat tədbirində iştirak edib.

CAR parlamentində ölkənin Beynəlxalq Əlaqələr üzrə Departamentinin naziri xanım M.N.Moşabane parlament deputatları və xarici diplomatik nümayəndələrin rəhbərləri qarşısında çıxış edib.

Nazir CAR-ın xarici siyasəti, ölkəsinin Afrikada artan rolu, bu istiqamətdə cəhdlərin artırılması və Afrika qitəsində sülhün birqərar olunmasında birgə səylərin həyata keçirilməsinin vacibliyini qeyd edib. CAR-ın beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal iştirak etdiyini, regional təşkilatlarda bir çox məsələlərin həllində birgə mövqedən çıxış edilməsinin vacibliyini vurğulayıb. Daha sonra CAR-ın dünyada və regionda baş verən hadisələrə dair rəsmi mövqeyini bildirib, CAR Beynəlxalq Əlaqələr üzrə Departamentinin gələcək planlarını acıqlayıb.

Eyni tarixdə səfir Poluxov CAR-ın beynəlxalq təşkilatı, İnsan Hüquqları üzrə Araşdırma Mərkəzinin rəhbəri xanım Olive Şisana ilə görüşüb. Görüş zamanı səfir Azərbaycanda gedən siyasi və iqtisadi proseslər haqqında ətraflı məlumat verib, keçən il müstəqilliyinin 20 illiyini qeyd edən respublikamızın qısa müddət ərzində keçdiyi uğurlu yoldan danışıb və bu gün regionda lider ölkə olduğunu qeyd edib. Azərbaycanda bir sıra beyin mərkəzlərinin fəaliyyət göstərdiyini və onların bir cox Avropa, Amerika və Asiya ölkələrində eyni tipli təşkilatlarla əməkdaşlıq etdiyini qeyd edərək, Şisananın rəhbətlik etdiyi təşkilatla Azərbaycanın müvafiq qurumumları ilə əlaqə yaradılmasında maraqlı olduğunu bildirib.

Cavab olaraq, xanım Şisana tanışlığından məmnun olduğunu bildirərək təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verib, bir sıra eyni tipli Afrika mərkəzləri ilə əlaqələrin mövcud olduğunu bildirib və Azərbaycan ilə əməkdaşlıq etməsində maraqlı olduğunu qeyd edib. Təmsil etdiyi təşkilatın 2 mindən artıq əməkdaşının olduğunu və büdcəsinin əksər hissəsinin dövlət tərəfindən maliyyələşdirildiyini bildirərək aparılan tədqiqatların cinsi bərabərlik, uşaq və ailə, səhiyyə, kənd təsərrüfatı, təhsil və digər sahələrə aid olduğunu bildirib. Azərbaycanla bu və ya digər sahələrdə birgə əməkdaşlığın yaradılmasının hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.

Daha sonra tərəflər Afrika qitəsində və Cənubi Qafqaz regionunda baş verən prosseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mubadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti