...

ABŞ-ın aviadaşıyıcılarını məhv etmək çox asandır - İran generalı

Siyasət Materials 27 Aprel 2012 15:43 (UTC +04:00)
ABŞ-ın aviadaşıyıcılarını məhv etmək olduqca asandır, çünki bu avidaşıyıcıların tikintisi üçün müasir texnologiyadan istifadə edilib.
ABŞ-ın aviadaşıyıcılarını məhv etmək çox asandır - İran generalı

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

ABŞ-ın aviadaşıyıcılarını məhv etmək olduqca asandır, çünki bu avidaşıyıcıların tikintisi üçün müasir texnologiyadan istifadə edilib. Əgər bu aviadaşıyıcıların göyərtəsində kiçik fişəng partladılarsa, sistem dağılacaq və problemlər yaranacaq. Trend-in FARS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") aerokosmik qüvvələr komandanı general Əmir Əli Hacızadə bildirib.

"İran bu aviadaşıyıcıların fotoşəkilərini ən adi pilotsuz təyyarə ilə çəkir. Bu aviadaşıyıcıları məhv etmək çox asandır", - Hacızadə deyib.

Onun sözlərinə görə, 6 min əsgər Hörmüz boğazını keçərkən hər dəfə qorxur, qorxan insan isə İran üçün təhlükə yarada bilməz.

Xəbər lenti

Xəbər lenti