...

Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Siyasət Materials 28 Aprel 2012 12:54 (UTC +04:00)
Trend-in MM-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gündəliyə Şuşa şəhərinin işğalının 20 illiyi haqqında məsələ salınıb.
Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Trend-in MM-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gündəliyə Şuşa şəhərinin işğalının 20 illiyi haqqında məsələ salınıb.

İclasın gündəliyinə, həmçinin "Əhalinin sağlamlığının qorunması haqqında" Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan qanununun layihəsi, Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi salınıb.

Xəbər lenti

Xəbər lenti