Azərbaycan, Bakı, 2 may /Trend/
İqtisadi Əməkdaşlıq Təşkilatı - ECO-ya üzv ölkələrin Baş prokurorları Tehranda keçirilən iclas zamanı bəyanat qəbul ediblər.
Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda mütəşəkkil cinayətkarlıq, kiber hücümlar, terrorçuluq, narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulmasına qarşı mübarizə üçün hüquq və məhkəmə sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanır.
Çərşənbə axşamı Tehranda ECO-ya üzv ölkələrin Baş prokurorlarının iclası başa çatıb. İclasda Azərbaycan, İran, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkiyənin nümayəndələri iştirak ediblər.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycanı Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Rövşən Maqsudov təmsil edib.
Bəyanatda həmçinin təhsil mərkəzləri arasında elmi-tədqiqi əlaqələrə dəstək, prokurorlar tərəfindən seminarların müntəzəm keçirilməsi və hərtərəfli hüquqi məlumat bazasının yaradılmasının vacibliyi qeyd olunub.
Növbəti iclas 2013-cü ildə İstabulda keçiriləcək.