Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/
Milli Məclisin bir qrup deputatı Serbiyada mayın 6-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Belqrad şəhərinə səfər edəcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev ATƏT Parlament Assambleyasının müşahidəçilər missiyasının tərkibində, millət vəkili Fazil Mustafa isə Avropa Şurası Parlament Assambleyasının xətti ilə prosesin gedişini izləyəcəklər.
Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, təşkilati məsələlər, elektoratın fəallığı ilə maraqlanacaqlar.
Səfər mayın 7-də başa çatacaq.