...

Ziya Məmmədov: "Eurovision 2012" müsabiqəsində yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üçün işlərin icrası tam təmin olunacaq

Siyasət Materials 7 May 2012 16:32 (UTC +04:00)
"Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsi ərəfəsində müsabiqə iştirakçılarına və qonaqlara yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə razılaşdırılmış Tədbirlər Planı üzrə işlər aparılır və bu işlərin icrası tam təmin olunacaq.
Ziya Məmmədov: "Eurovision 2012" müsabiqəsində yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üçün işlərin icrası tam təmin olunacaq

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.İsmayılov/

"Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsi ərəfəsində müsabiqə iştirakçılarına və qonaqlara yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə razılaşdırılmış Tədbirlər Planı üzrə işlər aparılır və bu işlərin icrası tam təmin olunacaq. Trend-in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Məmmədov qeyd edib ki, 2012-ci ilin I rübü ərzində avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə 292,4 milyon manatlıq iş görülüb.

Hesabat dövründə 54,5 km, o cümlədən 4,6 km respublika əhəmiyyətli, 49,9 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 2 ədəd körpü tikilib. Daxili investisiyalar hesabına Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, Bakı-Ələt (2-4, 50 - 69 km) sahələrinin, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi (59 km) avtomobil yolunun yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M-2 (336 km)-Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı təmir işləri davam etdirilib.

Nazirin sözlərinə görə, yerli əhəmiyyətli Xocasən-Lökbatan, Cəlilabad-Yardımlı, Qusar-Əniğ-Ləzə avtomobil yollarının tikintisi, Qəbələ-Küsnət-Laza avtomobil yolunun yenidən qurulması, İsmayıllı-Lahıc, Şamaxı-Göylər Çöl-Padar, M-2 (482 km)-Salahlı-Aslanbəyli-Kəmərli, Quba-Qəçrəş, Şəki-Qax-Zaqatala yolunun Şəki-Qax sahəsinin əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilib.

Xəbər lenti

Xəbər lenti