Azərbaycan, Bakı, 11 may /Trend, müxbir R.Hafizoğlu/
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Suriyanın paytaxtı Dəməşq şəhərində törədilmiş terror aktlarını pisləyib. Bu barədə İƏT-in Baş Katibliyindən Trend-ə daxil olan məlumatda bildirilir.
Məlumatda o da qeyd olunur ki, İƏT tərəfləri problemin dinc yolla həll edilməsinə və Annan planına sadiq olmağa çağırır.
Qeyd edək ki, mayın 10-da Suriyanın paytaxtı Dəməşqdə iki terror aktı baş verib. İnsident nəticəsində 50-dən çox adam ölüb, 300-dən çoxu yaralanıb.
Hazırda Suriyada müxalifətin silahlı qanadı olan "Azad Suriya" ordusu ilə hökumət qoşunları arasında BMT-nin və ƏDL-in xüsusi nümayəndəsi Kofi Annanın planı çərçivəsində atəşkəs mövcuddur.