...

İlham Əliyev Albaniya Prezidentinə başsağlığı verib

Siyasət Materials 23 May 2012 16:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bamir Topiyə başsağlığı verib.
İlham Əliyev Albaniya Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bamir Topiyə başsağlığı verib.

"Ölkənizdə baş vermiş ağır avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Albaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti