Azərbaycan, Bakı, 25 may / Trend müxbir K.Zərbalıyeva/
Dövlət Sərhəd Xidməti son günlər İrana məxsus hərbi gəmilərin Azərbaycanın dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə məlumatlara aydınlıq gətirib.
DSX-nin mətbuat mərkəzindən Trend-ə bildirilib ki, son günlərdə bir sıra elektron informasiya vasitələrində İran İslam Respublikasına məxsus hərbi gəmilərin Azərbaycan Respublikasının dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.
Məlumatda qeyd olunub ki, Azərbaycanla İranın dəniz sərhədlərində sərhəd mühafizəsi adi qaydada həyata keçirilir, əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur.