...

Prezident İlham Əliyev və xanımı 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib

Siyasət Materials 25 May 2012 19:21 (UTC +04:00)
Mayın 25-də "Buta" sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri rəsmi qəbulda iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib

Azərbaycan, Bakı, 25 may /Trend/

Mayın 25-də "Buta" sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri rəsmi qəbulda iştirak ediblər.

Salona toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.

Sonra 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatının təltif edilməsi mərasimi oldu.

Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə tarixçi-alimlər Yaqub Mahmudov, Kərim Şükürov, Tofiq Mustafazadə, Süleyman Məmmədov, Güntəkin Nəcəfli, Nazim Mustafayev, Gövhər Məmmədova, Hacı Həsənov, İsrafil Məmmədov, Vidadi Umudlu, Səidə Hacıyeva, İradə Məmmədova və Nigar Gözəlovaya Dövlət mükafatları təqdim edildi.

Təltif olunma mərasimindən sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.

Xəbər lenti

Xəbər lenti