...

Avropa Parlamentinin son qərarı Azərbaycanda həyata keçirilən islahatları gözdən salmağa xidmət edir - deputat

Siyasət Materials 26 May 2012 14:22 (UTC +04:00)
Avropa Parlamentinin Azərbaycanla bağlı son qərarı ölkəmizdə həyata keçirilən islahatları gözdən salmağa xidmət edən bir sənəddir.
Avropa Parlamentinin son qərarı Azərbaycanda həyata keçirilən islahatları gözdən salmağa xidmət edir - deputat

Azərbaycan, Bakı, 26 may / Trend müxbir M.Əliyev/

Avropa Parlamentinin Azərbaycanla bağlı son qərarı ölkəmizdə həyata keçirilən islahatları gözdən salmağa xidmət edən bir sənəddir. Trend-in məlumatına görə, bunu Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev Avropa Parlamentinin mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnaməni şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin 754 deputatından yalnız 56-sının iştirakı ilə təxirə salınmadan təşkil edilən toplantı nəticəsində qəbul edilən sənədi Azərbaycana qarşı qərəzin göstəricisi kimi qiymətləndirmək olar.

"Belə bir məsələ müzakirə edilərkən ən azı Azərbaycan tərəfinin mövqeyi öyrənilməli idi. Ona görə də AP-nin bu qərarını bəzi maraqlı dairələrin Azərbaycana qarşı təzyiqi kimi dəyərləndirirəm", - Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti