Azərbaycan, Bakı, 29 may / Trend müxbir M.Əliyev/
Bakıda NATO-nun təlim kursu keçiriləcək.
Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü bildirilib ki, Bakıda 11-15 iyun tarixlərində "Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlim kursu keçiriləcək. Təlim kursu NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən təşkil olunur.
Həmçinin iyunun 12-də Azərbaycan və NATO arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində qiymətləndirmə görüşü də keçiriləcək. Görüş Belçikanın paytaxtı Brüssel şəhərində təşkil olunacaq.