...

Azərbaycan Sivilizasiyalar Alyansında dinlərarası körpü olmağa hazırdır

Siyasət Materials 1 İyun 2012 12:34 (UTC +04:00)
Azərbaycan Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşir. Ona görə də ölkə Sivilizasiyalar Alyansı çərçivəsində mədəniyyətlərarası və dinlərarası körpü rolunu oynaya bilər.
Azərbaycan Sivilizasiyalar Alyansında dinlərarası körpü olmağa hazırdır

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşir. Ona görə də ölkə Sivilizasiyalar Alyansı çərçivəsində mədəniyyətlərarası və dinlərarası körpü rolunu oynaya bilər. Bunu Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haberler" agentliyinin məlumatında deyilir.

"Azərbaycan Türkiyəni dinlərarası və mədəniyyətlərarası dialoqa göstərdiyi yardıma görə dəstəkləyir", - Əsədov BMT-nin İstanbulda keçirilən "Sivilizasiyalar Alyansı" forumunda deyib. Forum öz işinə dünən başlayıb.

Forumda BMT-nin baş katibi Pan Gi Mun, 65 ölkənin lideri, beynəlxalq və hökumət təşkilatlarının, biznes dairələrinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti