...

İlham Əliyev Niderlandın Xəzər regionunun enerji məsələləri üzrə xüsusi səfirini qəbul edib

Siyasət Materials 6 İyun 2012 17:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Niderland Krallığının İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Lindeni qəbul edib.
İlham Əliyev Niderlandın Xəzər regionunun enerji məsələləri üzrə xüsusi səfirini qəbul edib

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Niderland Krallığının İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Lindeni qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Niderland şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd etdi.

Niderland Krallığının İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Linden ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafını yüksək qiymətləndirdi.

Əlaqələrimizin genişləndirilməsində qarşılıqlı işgüzar səfərlərin əhəmiyyətini qeyd edən niderlandlı qonaq Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında ölkəsinin geniş şəkildə təmsil olunduğunu məmnunluqla vurğuladı.

Xəbər lenti

Xəbər lenti