Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Şimali Atlantika Şurasının 28+1 formatında keçirilən məsləhətləşmələrində iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-də NATO-nun Brüsseldə yerləşən mənzil qərargahında Azərbaycanın Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə qiymətləndirmə sənədi və tərəfdaşlıq məqsədlərinin müzakirə edilməsi məqsədilə Şimali Atlantika Şurasının 28+1 formatında məsləhətləşmələr keçiriləcək.
Azərbaycan tərəfini məsləhətləşmələrdə Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət nümayəndə heyəti təmsil edəcək.