...

ATƏT sədri: Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulu vacibdir

Siyasət Materials 14 İyun 2012 12:08 (UTC +04:00)
Azərbaycanda da "Diffamasiya haqqında" qanunun qəbulu vacibdir.
ATƏT sədri: Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulu vacibdir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda da "Diffamasiya haqqında" qanunun qəbulu vacibdir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisdə vitse-spiker Bahar Muradova ilə görüşündə ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor bildirib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda qeyd olunan qanunu hələlik qəbul etməyən yeganə ölkədir.

"Buna görə hesab edirəm ki, artıq Azərbaycanda da belə bir qanunun qəbulu vacibdir və onun reallaşdırılması tezləşdirilməlidir", - o deyib.

Muradova isə qeyd edib ki, "Diffamasiya haqqında" qanunun qəbulu ilə bağlı Azərbaycanda iş gedir, ictimai dinləmələr aparılır.

"Azərbaycanda kifayət qədər siyasi iradə var ki, bu qanun qəbul edilsin. Amma Avropa Şurasında 25 üzv ölkə var ki, onlarda da bu qanun hələ qəbul olunmayıb. Bizə də maraqlıdır ki, niyə bu barədə onlarda iş aparılmır", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti