...

İran neft dağılmaları ilə mübarizə üçün gəmilər tikir

Siyasət Materials 18 İyun 2012 15:13 (UTC +04:00)
İranın Dəniz Limanları Təşkilatı (DLT) dənizdə neft dağılmaları ilə mübarizə aparmaq məqsədilə gəmilərin inşasına təqribən 41 milyon dollar investisiya yatırır.
İran neft dağılmaları ilə mübarizə üçün gəmilər tikir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbirlər M.Moezzi, E.Tarıverdiyeva/

İranın Dəniz Limanları Təşkilatı (DLT) dənizdə neft dağılmaları ilə mübarizə aparmaq məqsədilə gəmilərin inşasına təqribən 41 milyon dollar investisiya yatırır. Bu gəmilərdən İran və digər ölkələrin sularında neft çirklənmələrinin təmizlənməsi zamanı istifadə edilə biləcəyi gözlənilir. Bu barədə Trend bazar ertəsi ISNA agentliyinə istinadən məlumat verir.

DLT-nin Dəniz təhkükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin müdiri Məhəmməd Rza Qədirinin sözlərinə görə, bu təşkilat milli və regional sərgilər təşkil edir, habelə çirklənmə ilə mübarizə, dənizdə axtarış və xilasetmə üzrə təlimlər keçirir. Bu təlimlərdə Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın iştirakı da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti