...

2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Siyasət Materials 20 İyun 2012 18:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:

Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-lisey
Ağstafa şəhəri texniki-humanitar təmayüllü lisey
Bakı şəhəri 9 nömrəli tam orta məktəb
Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey
Bakı şəhəri 26 nömrəli tam orta məktəb
Bakı şəhəri 36 nömrəli tam orta məktəb
Bakı şəhəri 45 nömrəli tam orta məktəb
Bakı şəhəri 58 nömrəli tam orta məktəb
Bakı şəhəri 60 nömrəli tam orta məktəb
Bakı şəhəri 146 nömrəli tam orta məktəb
Bakı şəhəri 157 nömrəli tam orta məktəb
Bakı şəhəri 158 nömrəli tam orta məktəb
Bakı şəhəri 178 nömrəli tam orta məktəb
Bakı şəhəri 183 nömrəli tam orta məktəb
Bakı şəhəri 189 nömrəli tam orta məktəb
Bakı şəhəri 201 nömrəli tam orta məktəb
Bakı şəhəri 221 nömrəli tam orta məktəb
Bakı şəhəri 253 nömrəli tam orta məktəb
Bakı şəhəri 266 nömrəli tam orta məktəb
Bakı şəhəri 276 nömrəli tam orta məktəb
Bakı şəhəri 278 nömrəli tam orta məktəb
Bakı şəhəri 313 nömrəli tam orta məktəb
Bərdə rayonu Muğanlı kənd tam orta məktəbi
Bərdə şəhəri 8 nömrəli tam orta məktəb
Biləsuvar şəhəri 4 nömrəli tam orta məktəb
Gəncə şəhəri 21 nömrəli tam orta məktəb
Gəncə şəhəri 44 nömrəli bağça-məktəb-lisey kompleksi
Hacıqabul rayonu Rəncbər kənd tam orta məktəbi
Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-lisey
İmişli şəhəri 5 nömrəli məktəb-lisey
İsmayıllı rayonu Qubaxəlilli kənd tam orta məktəbi
İsmayıllı rayonu Tircan kənd tam orta məktəbi
İsmayıllı şəhəri 2 nömrəli tam orta məktəb
Qax şəhəri 4 nömrəli tam orta məktəb
Qazax şəhəri 3 nömrəli tam orta məktəb
Quba şəhəri texniki təmayüllü lisey
Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli tam orta məktəbi
Naxçıvan şəhəri 7 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəb
Şabran şəhəri 2 nömrəli məktəb-lisey
Şərur rayonu Qarxun kənd tam orta məktəbi
Şəki şəhəri 5 nömrəli tam orta məktəb
Şəki şəhəri 10 nömrəli tam orta məktəb
Şirvan şəhəri 2 nömrəli tam orta məktəb
Şirvan şəhəri 4 nömrəli tam orta məktəb
Tovuz rayonu Aşağı Ayıblı kənd tam orta məktəbi
Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbi
Zərdab rayonu Gəlmə kənd tam orta məktəbi

Bu Sərəncamda nəzərdə tutulmuş pul mükafatları "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli fərmanına uyğun ödənilsin.

Xəbər lenti

Xəbər lenti