...

Almaniya KİV-inin Azərbaycana qarşı mövqeyi ölkə rəhbərliyinin fikrini əks etdirmir - səfir

Siyasət Materials 2 İyul 2012 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Ə.Həsənov/

Bəzi alman KİV-in Azərbaycana qarşı mövqeyi Almaniya rəhbərliyinin ölkəyə münasibətdə həqiqi mövqeyini əks etdirmir. Trend-in məlumatına gröə, bu barədə bazar ertəsi Almaniyanın Azərbaycandakı səfiri Gerbert Kvelle Azərbaycan və Şimali Reyn-Vestfaliya torpağının (Almaniya) iş adamları arasında təşkil olunmuş biznes forumunda bildirib.

"Almaniya tərəfdən Azərbaycana mənfi münasibət yoxdur, biz əməkdaşlığın inkişafında maraqlıyıq", - səfir deyib.

Azərbaycanın ünvanına tənqidlərin kəskin şəkildə artması azərbaycanlı iştirakçıların "Eurovision 2011"-də qələbəsindən sonra qeydə alınıb.

Kvelle deyib ki, buna qədər Azərbaycanı Almaniyada kifayət qədər tanımırdılar, lakin qələbədən sonra ölkəyə maraq kəskin şəkildə artıb.

"Bəzi Azərbaycan KİV-i iddia edir ki, Almaniya rəhbərliyi insan haqları, KİV azadlığı və siyasi məhbuslar sahəsində alman mətbuatına nəzarət edir. Lakin keçmiş prezident Kristofer Vulfun timsalında bütün dünya Almaniya KİV-inin öz fəaliyyətində azad olmasına əmin oldu", - diplomat deyib.

Kvelle habelə səfirliyin Almaniya hakimiyyətinin göstərişi ilə vizaların verilməsində problemlər yaratması barədə məlumatları da təkzib edib.

"Fəaliyyətimizlə maraqlanan şəxslər saytımızda informasiya əldə edə bilərlər və problem yaranacağı halda biz onları həll etməyə çalışırıq", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti