...

Azərbaycan Prezidenti və xanımı Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətinin yola salınması mərasimində iştirak ediblər (FOTO)

Siyasət Materials 3 İyul 2012 12:02 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində çərşənbə axşamı 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınma mərasimi keçirilib.
Azərbaycan Prezidenti və xanımı Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətinin yola salınması mərasimində iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir M.Əliyev/

Heydər Əliyev Mərkəzində çərşənbə axşamı 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınma mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Prezident İlham Əliyev açıb. Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verib.

Rəhimov bildirib ki, Azərbaycan bayrağı iyulun 25-də Londonda qaldırılacaq, iyulun 28-də isə bir sıra ölkələrin iştirakı ilə Azərbaycan Günü keçiriləcək.

Tədbirdə, həmçinin sərbəst güləş yığmasının böyük məşqçisi Firdovsi Umudov, atletika idman növü üzrə paralimpiya yığmasının üzvü Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış ediblər. Tədbirdə olimpiadaçılar and içiblər.

Qeyd edək ki, XXX London Yay Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək.

Foto: AzərTAc

Xəbər lenti

Xəbər lenti