...

İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri qızıl nişanına layiq görülüb

Siyasət Materials 3 İyul 2012 15:24 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə” Fəxri qızıl nişana layiq görülüb. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb
İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri qızıl nişanına layiq görülüb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin qərarı ilə "Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə" Fəxri qızıl nişana layiq görülüb. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

ÜHİK-in baş katibi Vladimir Şerbakovun imzaladığı qərarda deyilir:

"Azərbaycan Respublikası həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətləri, həmkarlar ittifaqları üzvlərinin sosial-iqtisadi hüquqlarının, mənafelərinin və azadlıqlarının müdafiəsinə, həmkarlar ittifaqlarının beynəlxalq səviyyədə nüfuzunun artırılmasına əvəzsiz şəxsi töhfəsi, qətiyyətli və prinsipial mövqeyi, MDB-nin qorunub saxlanması və inkişafı, sosial-iqtisadi və siyasi sahələrə inteqrasiya üzrə çoxillik səmərəli fəaliyyəti nəzərə alınaraq və anadan olmasının 50 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev ÜHİK-in "Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə" Fəxri qızıl nişanı ilə təltif edilsin".

Xəbər lenti

Xəbər lenti