...

NATO ilə tərəfdaşlıq proqramının üçüncü mərhələsi Azərbaycanın maraqlarını tam əks etdirir

Siyasət Materials 5 İyul 2012 14:44 (UTC +04:00)
IPAP proqramının (NATO ilə fərdi tərəfdaşlıq planı) üçüncü mərhələsi Azərbaycanın maraqlarını tam əks etdirir.
NATO ilə tərəfdaşlıq proqramının üçüncü mərhələsi Azərbaycanın maraqlarını tam əks etdirir

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir S.Ağayeva/

IPAP proqramının (NATO ilə fərdi tərəfdaşlıq planı) üçüncü mərhələsi Azərbaycanın maraqlarını tam əks etdirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə Azərbaycanın alyansdakı daimi nümayəndəsi Xəzər İbrahim bildirib.

"Hazırda onun reallaşdırılması yolunda heç bir problem yoxdur", - İbrahim deyib.

Onun sözlərinə görə, Azərbaycanın NATO ilə əməkdaşlıq proqramının üçüncü mərhələsi və əvvəlki mərhələlər müdafiə, mülki müdafiə, təhlükəsizlik və digər sahələri əhatə edəcək.

"NATO Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu dəfələrlə ifadə edib. Öz növbəsində, Bakı da alyansla əməkdaşlığın inkişafında maraqlıdır", - İbrahim qeyd edib.

Xəbər lenti

Xəbər lenti