...

Elmar Məmmədyarov: Azərbaycan və İran arasında ortaya çıxan ziddiyyətlər ikitərəfli münasibətlərə uyğun gəlmir

Siyasət Materials 12 İyul 2012 19:37 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib.
Elmar Məmmədyarov: Azərbaycan və İran arasında ortaya çıxan ziddiyyətlər ikitərəfli münasibətlərə uyğun gəlmir

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin hazırkı durumu və regionda cərəyan edən proseslərə dair fikir mübadiləsi aparılıb.

Naziri Elmar Məmmədyarov iki ölkə arasında müştərək mədəniyyət, ortaq tarix və qonşuluq münasibətlərini nəzərə alaraq, ortaya çıxan ziddiyyətlərin ikitərəfli münasibətlərə uyğun gəlmədiyini vurğulayıb.

Nazir Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda hələ də saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını vurğulayıb, beynəlxalq qanunvericiliyə uyğun olaraq, Azərbaycanın diplomatik nümayəndəliyinin konsulunun bu şəxslərlə görüşünə şərait yaradılmasını tələb edib.

Məmmədyarov İranlı nazirdən Azərbaycan hökumətinin ciddi narahatçılığını İran rəhbərliyinin diqqətinə çatdırmasını istəyib.

Xəbər lenti

Xəbər lenti