...

İranda saxlanılan azərbaycanlı şairlərin məsələsi müzakirə ediləcək

Siyasət Materials 13 İyul 2012 13:00 (UTC +04:00)
İran xarici işlər nazirinin müavini tezliklə Azərbaycana səfər edəcək və bu səfərdə mövcud məsələlər müzakirə olunacaq.
İranda saxlanılan azərbaycanlı şairlərin məsələsi müzakirə ediləcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

İran xarici işlər nazirinin müavini tezliklə Azərbaycana səfər edəcək və bu səfərdə mövcud məsələlər müzakirə olunacaq. Trend-in məlumatına görə, bunu İranın təhsil naziri Həmidrza Hacıbabayi jurnalistlərin İranda saxlanılan azərbaycanlı şairlərlə bağlı sualını cavablandırarkən bildirib.

O, Azərbaycana səfərinin nəticələrini uğurlu hesab edib və bildirib ki, bu səfər zamanı xarici işlər naziri ilə görüşdə bir sıra vacib məsələləri müzakirə edib.

Qeyd edək ki, poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə Bakıya qayıtmalı olduqları gün - mayın 2-də İranda həbs olunublar. Onlar casusluqda ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti