...

ABŞ səfiri bir neçə həftə ərzində Azərbaycana gələcək

Siyasət Materials 16 İyul 2012 03:11 (UTC +04:00)
ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstar bir neçə həftə ərzində ölkəmizə gələcək. Bu barədə bazar günü Azərbaycanda ABŞ-ın müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə dedi.
ABŞ səfiri bir neçə həftə ərzində Azərbaycana gələcək

Azərbaycan, Qəbələ, 16 iyul /Trend, E. Mehdiyev/

ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstar bir neçə həftə ərzində ölkəmizə gələcək. Bu barədə bazar günü Azərbaycanda ABŞ-ın müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə dedi.

Amerika diplomatı Morninqstarın gəlışinin konkret tarixini dəqiqləşdirmədi, əlavə edib ki, cümə günü Morninqstar ABŞ-ın Dövlət katibi Hillari Klintona andını içəcək.

Qeyd edək ki, iyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.

Morninqstarın bu posta namizədliyi aprel ayında ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi isə bu təklifi yekdilliklə bəyənib.

Xəbər lenti

Xəbər lenti