...

Azərbaycan Prezidenti “Ədliyyə sahəsində fərqlənməyə görə” medalının təsis edilməsi ilə əlaqədar qanuna dəyişikliyi təsdiq edib

Siyasət Materials 16 İyul 2012 20:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsini təsdiq edib.
Azərbaycan Prezidenti “Ədliyyə sahəsində fərqlənməyə görə” medalının təsis edilməsi ilə əlaqədar qanuna dəyişikliyi təsdiq edib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsini təsdiq edib.

Dəyişikliklərlə "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"nin və "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri" təsdiq edilib.

"Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə ədliyyə sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və başqa şəxslər

ədliyyə orqanlarında qulluqda xüsusi fərqlənməyə görə, ədalət mühakiməsinin həyata keçirilməsi işinə əhəmiyyətli töhfə verməyə görə,

ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə,

ədliyyə sahəsində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka və digər xidmətlərə görə təltif edilirlər.

Bu şəxsləri "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir, medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Medalı guşələri milli ornamentlə işlənmiş, on iki guşəli ulduzu xatırladan kompozisiyadan ibarətdir. Ulduzun üzərində diametri 29 mm olan, gümüşü rəngli dairəvi lövhə yerləşdirilmişdir. Lövhənin üzərində göy mina ilə örtülmüş və kənarları qabarıq qızılı xətlə haşiyələnmiş dairəvi şərq qalxanı, yuxarı hissəsində aypara və səkkizguşəli ulduz, ortada kitab, qılınc və tərəzi atributları müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə təsvir edilmişdir. Qalxan aşağı hissəsindən ortasınadək hər iki kənarı boyunca qızılı rəngli dəfnə budaqları ilə əhatə olunmuşdur. Qalxanın dövrəsinin dəfnə budaqları ilə örtülməyən, qabarıq haşiyələnmiş görünən ətrafı üzərinə doqquz düymə bərkidilmişdir. Medalın aşağı hissəsində, ortada ulduzun guşələrinə bərkidilmiş, kənarları qızılı xətlə haşiyələnmiş, qırmızı mina ilə örtülmüş dalğavari lentin üzərinə qabarıq qızılı hərflərlə "ƏDLİYYƏ" sözü həkk edilmişdir. Medalın arxa tərəfinin səthi hamardır, ortada "ƏDLİYYƏ SAHƏSİNDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri, ondan aşağıda medalın nömrəsi həkk olunmuşdur. Medal paltara taxılmaq üçün elementi olan 27 mm x 43 mm ölçüdə qızılı rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşir. Lövhənin üz tərəfi 2 hissədən ibarətdir. Üst hissə hər birinin eni 8 mm olan, kənarlarda qızılı çalarlı, ortada qırmızı rəngli 3 şaquli zolaq təsvir edilmiş xara lentlə örtülmüşdür. Lentin şaquli kənarları eni 1,5 mm olan qara rəngli zolaqla haşiyələnmişdir. Lövhənin alt hissəsi medalın ulduzunun bir guşəsini xatırladan milli ornamentli təbəqədən ibarətdir.. Medala paltara taxılmaq üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

Xəbər lenti

Xəbər lenti