...

Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında rolu və Əfqanıstandakı fəaliyyəti müzakirə edilib

Siyasət Materials 19 İyul 2012 18:18 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında rolu və Əfqanıstandakı fəaliyyəti müzakirə edilib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə əsasən Cənubi Qafqaz və Yaxın Şərq regionlarında baş verən proseslər, Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında rolu və Əfqanıstandakı fəaliyyəti müzakirə edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin, eləcə də Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən qondarma "seçkilər"in nizamlama prosesinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığı və mövqeyinin möhkəmləndiyi vurğulanan görüşdə Azərbaycanın BMT TŞ-dəki fəaliyyəti və beynəlxalq təşkilatlarla münasibətləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti