...

Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi AR Konstitusiyasına və başqa qanunverici aktlara uyğun olaraq edilib - XİN (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Sentyabr 2012 23:01 (UTC +04:00)
Ramil Səfərovun ötürülməsi, həmçinin sonrakı əfv edilməsi, Konstitusiyaya və Azərbaycan Respublikasının başqa qanunverici aktlarına, beynəlxalq öhdəliklərə, həmçinin 1983-cü ilin ittiham edilmiş şəxslərin ötürülməsi haqqında Avropa Şurasının Konvensiyasının müddəaları, xüsusi ilə də bu Konvensiyanın "hər tərəf amnistiyanı, əfvetməni, və ya qüvvədə olan Konstitusiyaya və ya başqa hüquq aktlarına uyğun olaraq cəza müddətinin azaltmasını elan edə bilər" bəyan edən 12-ci maddəsinə uyğun olaraq edilib.
Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi AR Konstitusiyasına və başqa qanunverici aktlara uyğun olaraq edilib - XİN (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 21:49-da yayılıb)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, S. Ağayeva/

Ramil Səfərovun ekstradisiyası, həmçinin sonrakı əfv edilməsi, Konstitusiyaya və Azərbaycan Respublikasının başqa qanunverici aktlarına, beynəlxalq öhdəliklərə, həmçinin 1983-cü ilin ittiham edilmiş şəxslərin ekstradisiyası haqqında Avropa Şurasının Konvensiyasının müddəaları, xüsusi ilə də bu Konvensiyanın "hər tərəf amnistiyanı, əfvetməni, və ya qüvvədə olan Konstitusiyaya və ya başqa hüquq aktlarına uyğun olaraq cəza müddətinin azaltmasını elan edə bilər" bəyan edən 12-ci maddəsinə uyğun olaraq edilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinın müavini Xələf Xələfov KTMT-nin Baş katibi Nikolay Bordyujanın bəyanatını şərh edərək bildirib.

Onun sözlərinə görə, təəssüf ki, biz bilavasitə hüquqla nizamlanan məsələyə konyuktur yanaşma ilə üzləşirik.

Bazar ertəsi KTMT Baş katibi Nikolay Bordyuja Azərbaycan zabiti Ramil Səfərovun azad olunması haqqında negativ fikrini bildirdi.

"Bu əlaqədə cənab Nikolay Bordyuja və başqalarının bu sualı siyasiləşdirmək niyyətləri Ermənistanın xarici qüvvələrinin dəstəyi ilə həyata keçirdiyi təcavüzün və ağır cinayətlərin real nəticələrini örtməyə xidmət edirlər.

Hamıya yaxşı məlumdur ki, bu günə kimi davam edən, Azərbaycan ərazisinin işğalı, öz evlərindən milyondan artıq insanın sürgün edilməsi, etnik təmizləmə və cəzasız qalmış bir çox ağır cinayətlərlə nəticələnən Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü regionda arası kəsilməyən gərginliyin əsas səbəbidir. Məhz bu cinayətlərdə qəfildən əmlaksız və sığınacaqsız qalmış, doğmaları və yaxınlarını itirmiş minlərlə sadə vətəndaşın və onlardan biri olan Ramil Səfərov kimi insan faciələrinin köklərini axtarmaq lazımdır", - nazir müavini qeyd edib.

Həmçinin qeyd etmək lazımdır ki, ikili standartlar və bu cür bəyanatlar təcavüzü həvəsləndirirlər, düşmənçiliyi qızışdırırlar və Ermənistan-Azərbaycan münaqişəsinin sülh nizamlanmasına mane olurlar, Xələfov deyib.

Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov cümə günü Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.

Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti

Xəbər lenti