...

XİN: Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək

Siyasət Materials 5 Sentyabr 2012 16:44 (UTC +04:00)
Azərbaycan vətəndaşlarına, diplomatlarına qarşı hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək. Ermənistan rəhbərliyi buna cavabdehdir.
XİN: Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan vətəndaşlarına, diplomatlarına qarşı hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək. Ermənistan rəhbərliyi buna cavabdehdir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə bildirib.

"ASALA dünyada hamıya məlum terrorçu təşkilatdır və onun fəaliyyəti nəticəsində xeyli sayda insan öz həyatını itirib", - Abdullayev deyib.

O qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki bütün diplomatik nümayindəliklərinə təlimatlar verilib ki, öz təhlükəsizliyi ilə bağlı yerləşdikləri ölkələrin müvafiq orqanlarına müraciət etsinlər.

"Ermənistan rəhbərliyinin təhdid dolu çıxışları, aqressiv ritorikaları onu göstərir ki, Ermənistan rəhbərliyi terrorçuluğa himayədarlıq edən rəhbərlikdir. Ermənistan rəhbərliyinin isterikası yalnız populizm və yerli seçkiqabağı ərəfədə ultramilliyətçi dairələrin maraqlarına uyğun addımlar atılması məqsədini güdür", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti