...

Macar ziyalılar Azərbaycan səfirinə dəstək məktubu ünvanlayıblar

Siyasət Materials 6 Sentyabr 2012 19:26 (UTC +04:00)
Budapeştdə ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi nəticəsində son bir həftə ərzində Azərbaycan Macarıstan mətbuatının, radio və televiziyalarının, elektron KİV-lərinin əsas mövzusu olaraq qalır. Erməni diasporu hər vasitə ilə həqiqəti təhrif etməyə, ölkəmizə qara yaxmağa çalışır. Belə şəraitdə Azərbaycanın haqq mövqeyini müdafiə edən macarların fikirləri xüsusilə qiymətlidir.
Macar ziyalılar Azərbaycan səfirinə dəstək məktubu ünvanlayıblar

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Budapeştdə ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi nəticəsində son bir həftə ərzində Azərbaycan Macarıstan mətbuatının, radio və televiziyalarının, elektron KİV-lərinin əsas mövzusu olaraq qalır. Erməni diasporu hər vasitə ilə həqiqəti təhrif etməyə, ölkəmizə qara yaxmağa çalışır. Belə şəraitdə Azərbaycanın haqq mövqeyini müdafiə edən macarların fikirləri xüsusilə qiymətlidir.

Azərbaycanın Macarıstandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, macarıstanlı türkoloq Eva Csaki və tanınmış musiqişünas, professor Janos Sipos, son günlərdə Macarıstanda Azərbaycan əleyhinə səslənən fikirlərlə əlaqədar narahatlıqlarını ifadə edərək səfir Vilayət Quliyevə məktub ünvanlayıblar. Məktubda Azərbaycan xalqına rəğbət və dəstəklərini ifadə ediblər.

Məktubda Siposun Azərbaycanda musiqi folkloru araşdırmaları zamanı Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüşdüyü xatırlanır.

"Azərbaycan xalqının çətinliklərini yaxşı başa düşürük. Bu çətin gününüzdə yanınızdayıq", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti