...

İlham Əliyev və xanımı Bakının Keşlə qəsəbəsində yeni məktəb binasının açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 14 Sentyabr 2012 15:11 (UTC +04:00)
Sentyabrın 14-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 328 nömrəli orta məktəbin yeni binası istifadəyə verilib.
İlham Əliyev və xanımı Bakının Keşlə qəsəbəsində yeni məktəb binasının açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Sentyabrın 14-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 328 nömrəli orta məktəbin yeni binası istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbin foyesində xalqımızın ulu öndəri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.

Bildirildi ki, bu təhsil ocağının inşasına ötən ilin oktyabrında başlanılıb. Dördmərtəbəli təhsil ocağının ümumi ərazisi 7,1 min kvadratmetrdir. Məktəbin binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunub. 640 şagird yerlik binada tədris, inzibati heyət və idarəetmə, sinifdən xaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Bu il məktəbə 200 yeni şagird gələcək. Onların təlim-tərbiyəsi və təhsili ilə 20 pedaqoq məşğul olacaq. Məktəbdə 32 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana yaradılıb. Şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün kompyuter sinfi yaradılıb. Müxtəlif tədbirlərin keçiriləcəyi akt zalı və 200 nəfərlik yeməkxana da şagirdlərin istifadəsinə tam hazır vəziyyətə gətirilib. Bundan əlavə, şagirdlər üçün müzakirə zallarının, yeni innovasiya metodları ilə işləyən kabinetlərin olduğu məktəbdə dərs prosesinin interaktiv metodlarla idarə edilməsinə xüsusi diqqət yetiriləcək. Təhsil ocağında məktəblilərin fiziki hazırlığı da diqqət mərkəzində saxlanılacaq.

Vurğulandı ki, müasir qurğularla təmin edilən idman zalında mini futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Məktəbdə ibtidai hərbi hazırlıq kabineti də var. Təhsil ocağında biologiya, fizika, kimya fənninin əyani vəsaitlərlə öyrənilməsi məqsədilə laboratoriyalar, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün isə əmək otaqları yaradılıb.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni dərs ilində kollektivə uğurlar arzuladılar.

Xəbər lenti

Xəbər lenti