...

Azərbaycan və Özbəkistan siyasi məsləhətləşmələr aparır

Siyasət Materials 17 Sentyabr 2012 10:02 (UTC +04:00)
Azərbaycan və Özbəkistan iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti raundunu aparır.
Azərbaycan və Özbəkistan siyasi məsləhətləşmələr aparır

Özbəkistan, Daşkənd, 17 sentyabr / Trend, müxbir D.Əzizov /

Azərbaycan və Özbəkistan iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti raundunu aparır. Trend-in məlumatına görə, bu barədə Özbəkistan XİN-in mətbuat xidmətindən bildirilib.

Nazirliyin məlumatına görə, məsləhətləşmələr bu il sentyabrın 18-də Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq.

Məsləhətləşmələrin gündəliyində ikitərəfli əməkdaşlığın inkişafının müzakirəsi, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi durur.

Xəbər lenti

Xəbər lenti