...

Namiq Əliyev: Moldovanın Ermənistana silah göndərməsi məsələsi artıq bağlanıb

Siyasət Materials 21 Sentyabr 2012 14:14 (UTC +04:00)
Moldova tərəfi Azərbaycandan üzr istəyib və Ermənistana silah tədarükünü dayandırıb.
Namiq Əliyev: Moldovanın Ermənistana silah göndərməsi məsələsi artıq bağlanıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir S.Ağayeva/

Moldova tərəfi Azərbaycandan üzr istəyib və Ermənistana silah tədarükünü dayandırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev Bakıda keçirilən Azərbaycan səfirlərinin IV müşavirəsində deyib.

"Bu məsələ Azərbaycan Prezidentinin Moldovanın Baş naziri ilə görüşündə müzakirə edilib. Görüşdə Moldova tərəfi heç bir siyasi məqsəd daşımadığı barədə izahat verib", - səfir qeyd edib.

Onun sözlərinə görə, Moldova tərəfi güc strukturlarının səhvini etiraf edib, bundan sonra isə silah tədarükü dərhal dayandırılıb.

"Ümumiyyətlə, iki ölkə arasında münasibətlər yaxşı səviyyədədir, əlaqələrin inkişafı üçün böyük perspektivlər var və biz münasibətləri gələcəkdə inkişaf etdirmək niyyətindəyik", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti