...

Büşra Əsəd Dubaydadır

Siyasət Materials 24 Sentyabr 2012 11:05 (UTC +04:00)
Suriyada vətəndaş müharibəsinin davam etdiyi bir vaxtda dövlət başçısı Bəşər Əsədin yeganə bacısı Büşra Əsədin ökəni tərk edərək Dubaya getməsi barədə xəbərlər təsdiqlənib.
Büşra Əsəd Dubaydadır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Suriyada vətəndaş müharibəsinin davam etdiyi bir vaxtda dövlət başçısı Bəşər Əsədin yeganə bacısı Büşra Əsədin ökəni tərk edərək Dubaya getməsi barədə xəbərlər təsdiqlənib. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, onun əri Baş qərargahın keçmiş rəisi general Asif Şövkət iyul ayında Şam şəhərində müxalifətin təşkil etdiyi hücum nəticəsində öldürülüb. AFP-in xəbərinə görə, bu hadisədən ciddi həyəcan keçirən Büşra Əsəd beş uşağı ilə birlikdə Dubayda yaşamağa başlayıb. Xanım Əsəd uşaqlarını bu şəhərdəki özəl məktəblərdən birinə qoyub.

Müxalifətyönlü jurnalist Eymən Əbdülnurun sözlərinə görə, bacısı ilə Əsəd arasında fikirayrılıqları olsa da, Büşra müxalifətin sıralarına keçməyib.

Xəbər lenti

Xəbər lenti