...

Ziyafət Əsgərov: Azərbaycanla İran arasında münasibətlərin pozulmasında maraqlı tərəflər var

Siyasət Materials 1 Oktyabr 2012 14:17 (UTC +04:00)
Milli Məclisin vitse-spikeri Azərbaycanla İran arasında münasibətlərin pozulmasında maraqlı tərəflərin olduğunu deyir.
Ziyafət Əsgərov: Azərbaycanla İran arasında münasibətlərin pozulmasında maraqlı tərəflər var

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin vitse-spikeri Azərbaycanla İran arasında münasibətlərin pozulmasında maraqlı tərəflərin olduğunu deyir.

Trend-in məlumatına görə, bazar ertəsi parlamentin payız sessiyasının ilk iclasında vitse-spiker Ziyafət Əsgərov ABŞ Konqresinin üzvünün Cənubi Azərbaycanla bağlı hazırladığı layihəyə münasibət bildirərkən İranla Azərbaycanın dostluq münasbiətlərinin olduğunu deyib.

"Kimin nə problemi varsa, getsin öz problemini həll etsin. İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. O layihənin Ağ Evə göndərilməsi, Konqresdə müzakirəyə çıxarılması Azərbaycana qarşı səmimiyyətdən irəli gəlmir", - Əsgərov deyib.

Onun fikrincə, həmin konqresmen ABŞ Prezidenti, Minsk qrupunun həmsədrləri qarşısında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini qaldırsa, daha yaxşı olardı.

"Yaxşı olardı ki, həmin konqresmen Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyinə görə Ermənistana təzyiq edilməsi məsələsini qaldırsın. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur", - Əsgərov deyib.

Deputat İqbal Ağazadə isə bildirib ki, Azərbaycanla İran dost deyil.

Xəbər lenti

Xəbər lenti