...

Azərbaycan xarici işlər nazirinin müavini Nyu Yorka səfər edəcək

Siyasət Materials 1 Oktyabr 2012 15:04 (UTC +04:00)
Mahmud Məmməd-Quliyev cari ilin 1-2 oktyabr tarixlərində "Transmilli Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi üzrə yeni qətnamənin irəli sürülməsinə hazırlıq məqsədilə BMT-nin Nyu Yorkdakı mənzil qərargahında səfərdə olacaq.
Azərbaycan xarici işlər nazirinin müavini Nyu Yorka səfər edəcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev cari ilin 1-2 oktyabr tarixlərində "Transmilli Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi üzrə yeni qətnamənin irəli sürülməsinə hazırlıq məqsədilə BMT-nin Nyu Yorkdakı mənzil qərargahında səfərdə olacaq.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Avropa İttifaqı üçün TASİM layihəsinin həyata keçirilmə vəziyyəti üzrə ikitərəfli görüşlər və brifinqin keçirilməsi, eləcə də layihənin icrası ilə bağlı görüləcək işlər barədə müzakirələrin aparılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti