...

XİN: Azərbaycan Türkiyə və Suriya arasında yaranmış vəziyyətdən narahatdır

Siyasət Materials 4 Oktyabr 2012 16:50 (UTC +04:00)
Azərbaycan Yaxın Şərqdə yaranmış vəziyyətdən narahatdır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Türkiyə ilə Suriya arasında vəziyyətin kəskinləşməsini şərh edərkən bildirib.
XİN: Azərbaycan Türkiyə və Suriya arasında yaranmış vəziyyətdən narahatdır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Türkiyə və Suriya arasında yaranmış vəziyyətdən narahatdır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Türkiyə ilə Suriya arasında vəziyyətin kəskinləşməsini şərh edərkən bildirib.

"BMT TŞ-yə üzv olan ölkə kimi Azərbaycan üçün beynəlxalq təhlükəsizlik məsələsi çox vacibdir. Biz, əlbəttə, regionda yaranmış gərgin vəziyyətdən narahatıq və bununla əlaqədar Azərbaycanın BMT-dəki daimi missiyasına müvafiq təlimat verilib", - Abdullayev deyib.

Qeyd edək ki, dünən sərhədyanı Şanlıurfa vilayətinin beş sakini Suriya tərəfdən atılan mərminin yaşayış evinə düşməsi nəticəsində həlak olub.

Xəbər lenti

Xəbər lenti