...

Elmar Məmmədyarov Argentinanın xarici işlər nazirinin müavinini qəbul edib (FOTO)

Siyasət Materials 4 Oktyabr 2012 19:44 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasının xarici işlər nazirinin müavini xanım Maria del Karmen Squeffini qəbul edib.
Elmar Məmmədyarov Argentinanın xarici işlər nazirinin müavinini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasının xarici işlər nazirinin müavini xanım Maria del Karmen Squeffini qəbul edib.

Azərbayan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından razılıq ifadə olunub və əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Argentina arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın vacibliyini bildirib. Həmçinin nazir iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Azərbaycan XİN-in rəhbəri onu da bildirib ki, Azərbaycanla Argentina arasında təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, xüsusilə Azərbaycan Diplomatik Akademiyasında argentinalı tələbələr və gənc diplomatların təhsil almaları üçün geniş imkanlar mövcuddur.

Xəbər lenti

Xəbər lenti