...

Prezident İlham Əliyev Tərtərdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 7 Oktyabr 2012 11:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtər rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev Tərtərdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtər rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə abidənin ətrafında, həmçinin rayonda aparılan abadlıq işləri, eləcə də inşa olunmuş obyektlər barədə məlumat verdi.

Bildirildi ki, bu obyektlərdən biri də rayonun Köçərli kəndində yeni yaradılmış soyuducu anbar kompleksidir. Kompleksin əsas maliyyə vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun payına düşür. Kompleksin ümumi dəyəri 2 milyon manatdır ki, bunun da 1,4 milyon manatı Fond tərəfindən güzəştli kredit kimi verilmişdir. Regionlarda sahibkarlığın inkişafı, xüsusən də cəbhəyanı bölgələrdə yeni istehsal müəssisələrinin yaradılması iqtisadi siyasətin prioritetlərindəndir. Bu amil nəzərə alınaraq kompleks məhz cəbhəyanı rayonda inşa olunmuşdur.

Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq müasir standartlar səviyyəsində yaradılan soyuducu anbar kompleksinin tikintisinə 2011-ci ildə başlanılmışdır. Ümumi sahəsi iki hektara yaxın olan müəssisədə soyuducu, tara və tədarük anbarları vardır. Bundan başqa ərazidə inzibati bina, gözətçi məntəqəsi yaradılmış və transformator yarımstansiyası quraşdırılmışdır. Kompleksin həyətində abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Ümumi tutumu 3 min ton olan müəssisə dünyanın aparıcı ölkələrində hazırlanmış avadanlıqla təchiz edilmişdir. Beş soyuducu kameradan ibarət olan kompleks üçün xammal bazasının yaradılması məqsədilə ilkin olaraq Tərtər rayonunda 100 hektar ərazidə soğan əkilmişdir. Gələcəkdə əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Kompleksdə şəxsi təsərrüfatlarda istehsal olunan məhsullarla yanaşı, Tərtər və ətraf rayonlardan tədarük olunacaq tərəvəz məhsullarının da saxlanılmasına şərait yaradılmışdır.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti