...

İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Siyasət Materials 9 Oktyabr 2012 15:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralini qəbul etmişdir
İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında 20 illik əlaqələrin inkişafından məmnunluq ifadə edildi, ölkəmizlə əməkdaşlığın böyük potensiala malik olduğu və Dünya Bankının bu əməkdaşlığı daha da dərinləşdirilməkdə maraqlı olduğu vurğulandı, Azərbaycanın əldə etdiyi yüksək iqtisadi uğurların önəmi qeyd edildi.

Görüşdə, həmçinin infrastruktur, bərpa olunan enerji, içməli su təminatı, su ehtiyatları və suvarma sistemləri, Xəzər dənizindən suvarma məqsədi ilə istifadə, müasir texnologiyaya əsaslanan kənd təsərrüfatı müəssisələrinin yaradılması, yerlərdə sahibkarlığın inkişafına dəstək, iqtisadiyyatın şaxələndirilməsi, bir sıra sahələrdə islahatların davam etdirilməsi və Azərbaycanın prioritet hesab etdiyi digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti